...

Çalışma müddətinin uzadılması işçilərin müqaviləsinə xitam verilməsinin qarşısını alacaq

Cəmiyyət Materials 3 Dekabr 2025 12:56 (UTC +04:00)
Çalışma müddətinin uzadılması işçilərin müqaviləsinə xitam verilməsinin qarşısını alacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çalışma müddətinin uzadıldığı hallarda dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə yol verilməyəcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdiriləcək.

Bu halda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməyəcək.

Mövcud qanunvericiliyə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən yuxarıda nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti