...

İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji və geoloji müşahidə şəbəkəsi quraşdırılıb

Cəmiyyət Materials 5 Dekabr 2025 13:42 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin yaradılması çərçivəsində, yerüstü su ehtiyatlarını qiymətləndirmək üçün 10 çayda 11 avtomat hidroloji stansiya quraşdırılıb.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, bunu bu gün Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi Qrupun rəhbəri Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 6 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya istifadəyə verilib.

"Zəngilan rayonu ərazisində Cahangirbəyli və Xurama qum-çınqıl yataqları, Qubadlı rayonunda Muğanlı tikinti materialları yataqları, Ağdam rayonunun Xaçınçay qum-çınqıl yatağı və Qubadlı rayonunun Muradxanlı qum-çınqıl yatağında aparılan geoloji qiymətləndirmə işləri başa çatdırılıb. Hazırda bu yataqlar müxtəlif tikinti və yol infrastrukturlarının qurulmasında istifadə olunacaq", - Kərimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti