...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət Materials 10 Dekabr 2025 17:02 (UTC +04:00)
Bakının bəzi ərazilərində qaz olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabah bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz"İB məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatında fasilə dekabrın 11-i saat 10:00-dan etibarən yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti