...

Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2025 13:54 (UTC +04:00)
Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dekabrın 12-də müstəqil Azərbaycanın tərəqqisi və dövlətçilik ənənələrinin formalaşmasında misilsiz xidmətləri olan xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü qeyd olunur. Bununla əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibbi infrastrukturun yenilənməsi, həmçinin yüksək ixtisaslı tibb kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan səhiyyəsinin müasir mərhələdə əldə etdiyi nailiyyətlər məhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin davamı olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti