...

Qohum evliliyinə qadağa müsbət qarşılanır - Komitə sədri

Cəmiyyət Materials 24 Dekabr 2025 15:30 (UTC +04:00)
Qohum evliliyinə qadağa müsbət qarşılanır - Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qohum evliliklərinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin müəlliflərindən biri də mənəm.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində baş tutan “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzusunda paneldə çıxışı zamanı deyib.

“Biz bir il vaxt qoyduq ki, görək, insanlar buna necə reaksiya verəcək. Bütün il boyu reaksiyaları izləyirdim. Az sayda etiraz edən insan oldu. Əksəriyyət bildirdi ki, nə yaxşı ki bu qanun qəbul edilib”, - deyə o bildirib.

Komitə sədri vurğulayıb ki, bir çox Avropa ölkəsində qohum evlilikləri səbəbindən genetik kod, demək olar ki, məhv olub:

“Ona görə də onlar başqa ölkələrdən uşaqlar gətirib qanı dəyişirlər.

Niyə gözləməliyik ki, hansısa ölkə bununla bağlı qanun qəbul etsin? Bəlkə, biz kiməsə nümunə olmalıyıq? Mərkəzi Asiyada mən bu qanunun qəbulundan danışanda bütün zal ayaqüstə alqışladı”.

Millət vəkilinin sözlərinə görə, ailədə problem olduqda kişilər aradan çıxır, qadınlar təkbaşına qalır, onlara dədtək olmaq dövlətin üzərinə düşür:

“Bizim ağsaqqallarımız elçiliyə gedəndə hər biri önə düşür, amma ailədə problemlər olanda heç biri ortaya çıxmır. Azərbaycanda son illərdə nə qədər ailə dağılır? Bunun günahkarı kimdir? Məgər bütün günah qızlardadır?

Mənə deyirlər ki, “siz qadınları fəallaşdırırsınız, axırda gəlib bizim başımızda oturacaqlar”. Lakin Azərbaycan qadını evindəki böyüyə heç vaxt hörmətsizlik etməz”.

H.Hüseynova xatırladıb ki, Azərbaycanda rəsmi nikah olmadan dini nikahın kəsilməsi qadağandır.

“Lakin belə hallar olur. Sonra da ailə dağılır, qadın da qucağında bir övladı ilə mənim yanıma gəlir.

Hörmətli axundlarımız öz icmalarında aliment verməyən kişilərlə bağlı məsələləri qaldırmalıdırlar”.

Xəbər lenti

Xəbər lenti