...

Rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə cəlb ediləcək

Cəmiyyət Materials 29 Dekabr 2025 14:06 (UTC +04:00)
Rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə cəlb ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə sıfır dərəcə ilə cəlb ediləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, aksizli malların ixracı və Azərbaycan Respublikasının ərazisində istehsal edilən, rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi sıfır dərəcəsi ilə vergiyə cəlb olunacaq.

Mövcud qanunvericiliyə görə, aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti