...

Sahibkarların ödədiyi sosial sığorta haqqının hesablanma qaydası dəyişir

Cəmiyyət Materials 29 Dekabr 2025 14:12 (UTC +04:00)
Sahibkarların ödədiyi sosial sığorta haqqının hesablanma qaydası dəyişir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının tutulma qaydası dəyişdiriləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • sahibkarlıq fəaliyyəti üzrə 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında.

Dəyişikliyə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:

  • sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti