Bakı. Trend:
Gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2026-cı il mayın 1-dən 3 il müddətinə ƏDV-dən azad ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, sözügedən güzəştlər 2016-cı il mayın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il mayın 1-də başa çatacaqdı.
