...

AYNA gələn il taksi xidməti üçün buraxılış kartlarının verilməsi qaydasını açıqlayıb

Cəmiyyət Materials 29 Dekabr 2025 17:09 (UTC +04:00)
AYNA gələn il taksi xidməti üçün buraxılış kartlarının verilməsi qaydasını açıqlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) ədəd müəyyən edilib. Kvota ilə bağlı müraciət ərizələrinin qəbulu vaxtı isə 30 dekabr saat 23:59-da bitir.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməklə həyata keçiriləcək.

Növbəlilik sırası gücləndirilmiş imza (elektron imza) ilə göndərilən elektron ərizənin tarix və vaxtına görə müəyyən edilir. Növbədə olan nəqliyyat vasitələrinin sayı haqqında məlumatı AYNA-nın saytından əldə etmək mümkün olacaq.

Saytda, həmçinin buraxılış kartı qüvvədə olan nəqliyyat vasitələrinin sayı və kvotada yaranan boş yer barədə məlumatlar yer alacaq.

Kvotada boşalan yer sayı növbədə duran şəxsin nəqliyyat vasitələrinin sayından az olduqda növbə çatdıqda kvotadakı boş yer sayı qədər nəqliyyat vasitəsinə buraxılış kartı veriləcək, yerdə qalan nəqliyyat vasitələrinin növbədə qalması davam edəcək.

Növbədəki müraciətlərə ardıcıllıqla baxılacaq. Bir növbəyə baxılma bitmədikdə növbəti növbədəki müraciət ilə bağlı sistem üzərindən qərar qəbul edilməsi mümkün olmayacaq.

Növbəliliklə bağlı əlavə məlumatlar vaxtaşırı təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti