...

DİN bayram günlərində səfərə çıxan sərnişinlərə müraciət edib

Cəmiyyət Materials 30 Dekabr 2025 09:02 (UTC +04:00)
DİN bayram günlərində səfərə çıxan sərnişinlərə müraciət edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bayram günlərində səfərə çıxan sərnişinlərə müraciətində qeyd olunub.

Bidirilib ki, arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir.

- avtomobilin texniki sazlığını yoxlayın;
- günün erkən saatlarında yola çıxın;
- sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;⁠
- təhlükəsizlik kəmərindən istifadə edin;
- sürət həddini yol və hava şəraitinə uyğun seçin;
- ötmə və manevr qaydalarına uyğun davranın;
- diqqət yayındıran bütün hallardan çəkinin.⁠

Məqalədə:
Xəbər lenti

Xəbər lenti