...

İstanbulda “Kəlbəcər” tankerinin "Alatepe" tankerinə ilişməsi hadisəsi aradan qaldırılıb (YENİLƏNİB)

Cəmiyyət Materials 30 Dekabr 2025 16:07 (UTC +04:00)
İstanbulda “Kəlbəcər” tankerinin "Alatepe" tankerinə ilişməsi hadisəsi aradan qaldırılıb (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zəncirinin “Alatepe” tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb.

ASCO-dan Trend-ə verilən məlumata görə, əməliyyat zamanı kənar xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb. Belə ki, “Kəlbəcər” tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib.

"Hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb.
Hazırda “Kəlbəcər” tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir",-deyə qurumdan əlavə olunub.

xxx

13:52

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətindən (ASCO) məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumatlandırılıb. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub:

"Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək", - QSC-nin məlumatında qeyd olunub.

13:52
xxx

İstanbulun Bakırköy Florya sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tanker təcili yardım siqnalı verib. Hadisə yerinə dərhal xilasetmə qrupları göndərilib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.

"“Küçükçekmece" lövbər sahəsində 141 metr uzunluğundakı "Kəlbəcər" tankeri ilə 115 metr uzunluğundakı "Alatepe" tankerinin bir-biri ilə toqquşması barədə məlumat daxil olub. Gəmilərin sahilə yaxın məsafədə olması səbəbilə Nazirliyimizin tabeliyində olan Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus quru xilasedici (canqurtaran) qrupu və "KURTARMA-9" yedək gəmisinin hadisə yerinə dərhal göndərilməsi təmin edilib", açıqlamada qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti