...

Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib

Cəmiyyət Materials 30 Dekabr 2025 14:32 (UTC +04:00)
Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Elektroenergetika haqqında” və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilmişdir.

Trend xəbər verir ki, bununla bağlı Tarif Şurası qərar verib.

Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilmişdir.

Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti