Bakı. Trend:
Aqrar Sığorta Fondunun xeyrinə sadə faizsiz şərtli veksel verilməsinin müddəti artırılıb.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, Maliyyə Nazirliyi Fondun xeyrinə 2020-ci il oktaybrın 1-dən 10 il müddətinə 4 milyon manat məbləğində sadə faizsiz şərtli veksel verilməsini təmin etməlidir.
