...

Büdcədən bu şəxslərə 90 manat tibbi sığorta haqqı ödənilməsi dayandırılıb

Cəmiyyət Materials 1 Yanvar 2026 09:21 (UTC +04:00)
Büdcədən bu şəxslərə 90 manat tibbi sığorta haqqı ödənilməsi dayandırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün adambaşına maliyyələşmə çərçivəsində dövlət büdcəsindən vəsait ayrılmayacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Məlumat üçün bildirək ki, daha əvvəl Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxslər üzrə dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ödənilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti