...

Yardım etdikləri ahıl qadını talayan şəxslər saxlanılıb

Cəmiyyət Materials 2 Yanvar 2026 14:14 (UTC +04:00)
Yardım etdikləri ahıl qadını talayan şəxslər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xətai rayonu ərazisində 75 yaşlı qadın üzləşdiyi soyğunçuluq hadisəsi ilə bağlı polisə müraciət edib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, qadın, mağazadan alış-veriş edib evə gedərkən qarşılaşdığı iki naməlum şəxsin ona əl yükünü daşımaq üçün kömək etmək istədiyini, daha sonra isə həmin şəxslərin zərərçəkənə məxsus içərisində 195 manat və kartlar olan pulqabını taladığını bildirib.

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Kazımov və N.Həmidli müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti