...

Naxçıvanda müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Cəmiyyət Materials 5 Yanvar 2026 17:01 (UTC +04:00)
Naxçıvanda müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Naxçıvan şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 3 fevral 2026-cı il, saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 1 nömrəli (Əliabad qəsəbəsi – Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi - Əyləncə adası), 3 nömrəli (Olimpiya İdman Kompleksi) və 4 nömrəli (“Araz” İstehsalat Birliyi - Əliabad qəsəbəsi) şəhərdaxili avtobus marşrutları üzrə 4 lotda fevralın 17-də;

5 nömrəli (Elektrik yarımstansiyası - Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri - Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi - “Cahan” ticarət mərkəzi), 8 nömrəli (Xəlilli kəndi - “Cahan” ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti - Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda fevralın 20-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti