...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 7 Yanvar 2026 12:41 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2 dərəcədən 4, gündüz 8 dərəcədən 12 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11 dərəcədən16 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək şaxta, gündüz 5 dərəcədən 10 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti