Bakı. Trend:
Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli,
Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur. Görünüş
məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə
200-700 metrədək məhdudlaşır.
Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam
edəcəyi gözlənilir.
