Bakı. Trend:
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Sulu qar, qar yağır.
Trend bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 10:00-a olan məlumatına istinadən xəbər verir.
Yağan qarın hündürlüyü Lerikdə 116, Astaranın dağlıq
ərazilərində 70, Yardımlıda 49, Əlibəy (Zaqatala) və Kəlbəcərdə 42,
Şahbuzda 32, Sarıbaşda (Qax) 28, Şuşada 27, Kişçayda (Şəki) 24,
Xızıda 22, Xankəndi və Qrızda 20, Xaltanda 18, Cəlilabadda 16,
Laçın və Qubadlıda 15, Lazada (Qusar) 15, Şamaxı və Şirvanda 13,
İvanovka (İsmayıllı) və Xınalıqda 12, Xocalı, Qobustan və Şərurda
10, Şahdağ və Biləsuvarda 9, Quba və Gədəbəydə 8, Füzuli və Oğuzda
7, İmişli və Naxçıvanda 6, Daşkəsən, Qəbələ və Sədərəkdə 5, Tərtər,
Ağdam və Göyçayda 3, Ceyrançöldə 2, Ordubad, Ağsu, Bərdə və
Naftalanda 1 sm-dir.
Düşən yağıntının miqdarı Beyləqan və Lənkəranda 24, Bakıda və
Abşeron yarımadasında 15, Sabirabadda 13, Astarada 12, Kürdəmirdə
9, Tovuz, Zərdab və Mingəçevirdə 6, Balakən və Yevlaxda 5, Gəncə və
Şəmkirdə 4, Ağstafa və Neftçalada 3, Şabranda 2, Göygöldə 1
mm-dir.
Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki,
Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı, Lerikdə duman
müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran
rayonlarında 2, Naxçıvan MR-da 15, dağlıq rayonlarda 9, yüksək
dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkə ərazisində yanvarın 21-i gündüzdən hava şəraitinin
mülayimləşəcəyi, 22-25-də əksər rayonlarda əsasən yağmursuz
keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb
küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.
