...

Uşaqlarda bu problem autizmlə səhv salınır – Təranə Rəcəbli

Cəmiyyət Materials 26 Yanvar 2026 15:59 (UTC +04:00)
Uşaqlarda bu problem autizmlə səhv salınır – Təranə Rəcəbli

Bakı. Trend:

Autizmin diaqnostikası bəzi hallarda eşitmə sinirinin patologiyaları ilə səhv salınır. Bu səbəbdən hazırda respublika üzrə bütün yenidoğulmuşlar doğulduğu gündən etibarən audiometriya skrininqindən keçirilir.

Bunu Trend-ə müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.

Onun sözlərinə görə, autizmin təməlinin hamiləlik zamanı qoyulması barədə sübutlu mənbələr yoxdur:

“Azərbaycanda bu skrininq testləri İcbari Tibbi Sığorta çərçivəsində həyata keçirilir.
2016-cı ildən etibarən “Ana və uşaq sağlamlığı” Dövlət Proqramı çərçivəsində audiometriya skrininqi tətbiq olunur. Hətta özəl tibb müəssisələrində ana olmuş qadınların körpələrinin də dövlət tibb müəssisələrində bu skrininqdən keçməsi təmin edilir. Audiometriya cihazları vasitəsilə eşitmə sinirinin funksional vəziyyəti yoxlanılır. Eşitmə siniri ilə bağlı problem vaxtında aşkarlanmadıqda, belə uşaqlara səhvən autizm diaqnozu qoyula bilər. Bu baxımdan, autizmin differensial diaqnostikasında ilk və əsas şərt eşitmə sinirinin müayinəsidir”, o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti