...

Azərbaycan teleməkanında ilk tarixi intellektual layihə – “Tarixin oyunu” (VİDEO)

Cəmiyyət Materials 27 Yanvar 2026 14:46 (UTC +04:00)
Azərbaycan teleməkanında ilk tarixi intellektual layihə – “Tarixin oyunu” (VİDEO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan televiziya məkanında ilk dəfə olaraq tarixi mövzunu intellektual yarış formatında təqdim edən “Tarixin oyunu” layihəsi tamaşaçıların ixtiyarına veriləcək.

Bu barədə Trend-ə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-dən məlumat verilib.

Bildirilib ki, “Tarixin oyunu” layihəsinin fevral ayından etibarən AzTV-də yayımlanacağı nəzərdə tutulur.

Layihənin əsas məqsədi iştirakçıların tarixi biliklərini sınamaqla yanaşı, tamaşaçılara yeni faktlar, fərqli yanaşmalar və düşündürücü suallar təqdim etməkdir.

Ümumi uduş məbləği 10 min manat olan “Tarixin oyunu” layihəsində istənilən şəxs iştirak edə bilər.

Qeyd edək ki, layihəsinin aparıcısı tanınmış aktyor Firdovsi Atakişiyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti