...

Uşaqlar icraat zamanı öz fikirlərini ifadə edə biləcəklər

Cəmiyyət Materials 28 Yanvar 2026 11:02 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqlar barəsində icraat zamanı uşağın öz fikrini ifadə etməsinin hüquqi əsası yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var olacaq.

Uşağa, o cümlədən əlilliyi olan uşağa öz fikrini ifadə etməsi üçün uyğun şərait yaradılacaq.

Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Xəbər lenti

Xəbər lenti