Bakı.Trend:
Bu il Təbriz küçəsində həm piyadalar, həm mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə icra olunacaq.
Trend xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.
O qeyd edib ki, İslam Səfərli küçəsi ilə sakinlərin və şəhərimizin qonaqlarının təhlükəsiz gəzintisi təmin ediləcək:
“Layihə çərçivəsində paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkı optimal şəkildə birləşdirilir.
