Bakı.Trend:
Metronun “28 may” stansiyası ərazisində xətlərin ayrılması layihəsi birmənalı şəkildə vacibdir.
Trend xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada sualları cavablayarkən deyib.
O, layihənin tətbiqindən sonra hansı sayda insanın metrodan istifadə edə bilməyəcəyinin məlum olduğunu bildirib:?
"11 yeni marşrut müvəqqəti xətti yaradılacaq ki, əhali daşına bilsin. Bununla da təkcə 28 May və Nizami arasında deyil, həmçinin digər mühüm stansiyaları 28 May stansiyası ilə əlaqələndirəcəyik. Bu məqsədlə sərnişinlərin hərəkət istiqamətləri üzrə simulyasiyalar aparılıb və nəticələr əsasında işlər yerinə yetrilməsi planlaşdırılıb”.
