...

Bu, Azərbaycan mədəni tarixi üçün çox böyük hadisədir - Rafael Hüseynov

Cəmiyyət Materials 30 Yanvar 2026 13:04 (UTC +04:00)
Bu, Azərbaycan mədəni tarixi üçün çox böyük hadisədir - Rafael Hüseynov
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın minlərlə tarixi-mədəni abidəsi otuz illik işğal dövründə bizə əlçatmaz olub.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov media nümayəndələri üçün bu gün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyası zamanı deyib.

Onun sözlərinə görə, suveren Azərbaycan reallığında mədəni irsə də bütöv bir baxış keçirmək mümkündür:

“Bu mənada, bu gün Azərbaycan öz mədəni irsinə bütöv yanaşır və onu bütövlükdə tədqiq edir. İşğal dövründə həmin mədəni irs dağıdılıb, zədələnib. Biz indi o irsi bərpa etməklə yanaşı, dünyaya tanıtmaq istiqamətində də işlər aparırıq”.

Rafael Hüseynov qeyd edib ki, ilk dəfə Azərbaycanda kompleks şəkildə belə bir mədəni konsepsiya yaradılıb:

“Bu, Azərbaycan mədəni tarixi üçün çox böyük hadisədir. Bizim əsas vəzifəmiz gələcək çağırışlara cavab verə bilməkdir”.

Xəbər lenti

Xəbər lenti