...

Trasplantasiya əməliyyatlarının icbari sığorta ilə qarşılanması sıçrayış yaratdı - Nadir Zeynalov

Cəmiyyət Materials 31 Yanvar 2026 11:29 (UTC +04:00)
Trasplantasiya əməliyyatlarının icbari sığorta ilə qarşılanması sıçrayış yaratdı - Nadir Zeynalov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ürək transplantasiyası göydən düşmüş hadisə deyil. Bu, uzun illər məqsədyönlü görülən işlərin nəticəsidir.

Trend xəbər verir ki, bu fikirləri bu gün “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən elmi-praktiki dəyirmi masada çıxışı zamanı səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

N.Zeynalov qeyd edib ki, 2008-ci ildən bu günədək transplantasiya sahəsində xüsusi işlər görülür:

“Meyitdən orqanların köçürülməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə 2020-ci ildə qəbul edilən qanun fəaliyyətimizin hüquqi bazasını təşkil edir. 2022-ci ildə Koordinasiya Mərkəzinin yaradılması ilə ölkədə transplantasiya prosesi sistemli şəkildə aparılmağa başlanıb. Mərkəz yaradılanadək orqan transplantasiyasının qeydiyyatında şəffaflıq məsələsi mövcud idi. Hazırda mərkəzdə donorların siyahısı var və bu istiqamətdə xüsusi mexanizm formalaşdırılıb”.

O vurğulayıb ki, transplantasiya ilə bağlı sistemin rəqəmsallaşdırılması da aktualdır və bu istiqamətdə işlər davam etdirilir:

“Orqan köçürülməsində növbəti mərhələ əməliyyatların icbari tibbi sığorta hesabına qarşılanması oldu. Bu əməliyyatlar kifayət qədər məsrəflidir. Məhz 2023-cü ildə transplantasiya əməliyyatlarının icbari tibbi sığorta ilə təmin edilməsi ciddi sıçrayış yaratdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti