Bakı. Trend:
Siqaret və tütün məhsullarının istifadəsi dünyada qarşısı alına bilən xərçəng xəstəliklərinin əsas səbəbidir.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında bildirilib.
"36 xərçəng növü üzrə 185 ölkədən əldə edilən məlumatlara əsaslanaraq, tədqiqat tütünün xərçəngin əsas qarşısı alına bilən səbəbi olduğunu və dünya miqyasında bütün yeni xərçəng hallarının 15 faizinin səbəbi olduğunu müəyyən etmişdir. Ondan sonra infeksiyalar (10%) və spirtli içki istehlakı (3%) gəlir", - deyə qeyd olunub.
Mütəxəssislər bildiriblər ki, həm kişilərdə, həm də qadınlarda bu xəstəliyin qarşısı alına bilən hallarının təxminən yarısı üç növ xərçəng növü - ağciyər, mədə və servikal xərçəngin payına düşür.
Ümumilikdə, tədqiqat zamanı yüksək bədən kütlə indeksi, fiziki hərəkətsizlik, hava çirkliliyi və ultrabənövşəyi şüalanmaya məruz qalma da daxil olmaqla, xərçəngin qarşısının alınması mümkün olan 30 səbəbini araşdırılır.