...

Narkotik maddə insanı necə dəyişir? - Səhiyyə Nazirliyindən xəbərdarlıq

Cəmiyyət Materials 4 Fevral 2026 15:23 (UTC +04:00)
Narkotik maddə insanı necə dəyişir? - Səhiyyə Nazirliyindən xəbərdarlıq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Narkotik maddənin ilkin qəbulu və onun orqanizmə təsiri, maddənin klinik effektivliyi, onun hansı qrupa daxil olmasından asılıldır.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov açıqlayıb.

Onun sözlərinə görə, ən geniş yayılmış narkotik olan opioidlər, onların sintetik və yarısintetik formalarının qəbulu zamanı mərkəzi sinir sisteminə təsiri ilə eyforiya, rahatlıq, sakitlik hissi, sedasiya, yuxululuq, diqqət və reaksiyaların zəifləməsi, nitqin biraz ləngiməsi, bəbəklərin daralması, tənəffüsün ləngiməsi və yavaşıması, bradikardiya, təyziqin azalması, ürəkbulanma, qusma, ağızda quruluq, qəbizlik olur:

“Doza artdıqca tənəffüsün daralması və koma riski artır. Digər geniş yayılmış narkotik maddə olan kannabinoidlərin qəbulu zamanı rahatlama, eyforiya, diqqət, yaddaş, reaksiyaların azalması, gülmə tutmaları, səbrsizlik, sevinc, bəzən panika, paranoid düşüncələr, işığa həssaslıq, gözlərin qızarması, taxikardiya, təyziqin düşməsi, iştahın artması, bəzən ürəkbulanma, tərləmə, hərəkətlərin ləngiməsi və.s müşahidə olunur. Yüksək doza panik atak, psixotik əlamətləri ilə özünü göstərir”.

Baş direktor bildirib ki, psixostimulyatorların qəbulu (məsələn, amfetamin, metamfetamin, kokain və s.) zamanı enerji və oyanıqlığın artması, eyforiya, özünə inamın artması, yuxusuzluq, diqqətin artması, həyəcan, bəzən aqressiv hallar müşahidə edilir:

"Doza yüksək olanda panika, paranoid düşüncələr, hallüsinasiyalar, bəbəklərin genişlənməsi, taxikardiya, təyziqin yüksəlməsi, hərarətin yüksəlməsi, bir yerdə dayana bilməmək, diş qıcaması, iştahanın azalması, çəkinin itməsi baş verir. Şəxsin narkotik maddənin qəbul edib-etməməsinin müəyyən etmənin sadə üsulu, narkotestlər vasitəsilə sidikdə müəyyən olunmasıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti