Bakı.Trend:
Paytaxtın Nizami rayonunda vətəndaşlardan birinə məxsus
avtomobildən 200 manat pul və mobil telefon naməlum şəraitdə
oğurlanıb.
Trend-in
məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı
A.Abdurahmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, zərərçəkənin avtomobilinin
qapısını açıq vəziyyətdə saxlayaraq marketə getməsini kənardan
müşahidə edib və bir neçə dəqiqəlik nəzarətsizlikdən sui-istifadə
edərək oğurluğu törədib.
Nəsimi rayonunda keçirilən tədbir nəticəsində isə ticarət
mərkəzlərinin birindən zərərçəkənə məxsus içərisində pul vəsaiti,
bank kartları və şəxsi sənədləri olan çantanı oğurlamaqda şübhəli
bilinən 31 yaşlı H.Quliyev saxlanılıb.
Araşdırmalar aparılır.
