...

Biznes qanunları təkcə icra mərhələsində yox, hazırlanma mərhələsində də masada olmalıdır - Cəlal Qasımov

Cəmiyyət Materials 5 Fevral 2026 11:04 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Hüquq çox zaman inkişafın qarşısını alan mexanizm kimi qəbul olunur. Amma yalnız pis hüquq bu inkişafın qarşısını alır.

Trend xəbər verir ki, bu fikirləri "PAŞA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov bu gün Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.

“Biz artıq “LEGİS” jurnalının ilk buraxılışını bu gün təqdim edə bilirik. “PAŞA Holding” olaraq dövlət və özəl sektor arasında əməkdaşlığın tərəfdarıyıq. Bu dövrdə iqtisadiyyatda, texnologiyada ciddi dəyişikliklər baş verir. Biz bu texnologiyaları tətbiq edirik. Dövlət strukturlarında lazımi bürokratiya var və bunsuz mümkün deyil. Biznes və cəmiyyət bir-birinə kömək edib irəli gedə bilər”, - deyə baş icraçı direktor qeyd edib.

C.Qasımov bildirib ki, biznes qanunları təkcə icra mərhələsində yox, hazırlanma mərhələsində də masada olmalıdır:

“Qanun sonda ona görə yazılır ki, çərçivə cəmiyyət olaraq irəli gedək. Dövlət istəyir ki, iqtisadiyyat tempi artsın və biznes də bu tempi artırır. “LEGİS”in əsas məqsədi dialoq, birgə məsuliyyətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti