...

Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb

Cəmiyyət Materials 7 Fevral 2026 20:36 (UTC +04:00)
Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə olmaqla oğurlandığını bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti