Bakı.Trend:
Kustar üsulla hazırlanan, standartlara cavab verməyən qurğular qeydiyyata alınmır və biz tərəfdən istismarına icazə verilmir.
Trend xəbər verir ki, bu fikirləri bu gün FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Götürülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev agentliyin 2025-ci il ərzində fəaliyyətinə dair hesabatı zamanı bildirib.
Agentlik rəsmisi həmçinin qeyd edib ki, yanacaq doldurma məntəqələrini də təhlükə potensiallı obyekt hesab olunur və YDM-lərdə daim monitorinqlər aparılır.
“Ötən il 1016 ədəd Yanacaq Doldurma Məntəqəsində monitorinq aparılıb, tələblərə cavab verməyən 35 ədəd YDM-in istismarı məhdudlaşdırılıb, 33-nün isə fəaliyyətinə cərimə işləri tətbiq olunub”.
