Bakı. Trend:
Milli Məclis sabiq deputat Fəzail Ağamalının vəfatı ilə əlaqədar başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib.
“Bizim keçmiş həmkarımız, altı çağırış ərzində Milli Məclisin deputatı olmuş Fəzail Ağamalı vəfat edib. Fəzail Ağamalı tanınmış ictimai-siyasi xadim, “Ana Vətən” Partiyasının sədri, çox fəal millət vəkili idi. Fəzail Ağamalının vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, həmkarımız, qızı Günay Ağamalıya, onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin”, - deyə sədr bildirib.
