...

Azərbaycan və Əbu-Dabi arasında şəhər nəqliyyatı üzrə əməkdaşlıq müzakirə edildi

Cəmiyyət Materials 12 Fevral 2026 17:00 (UTC +04:00)
Azərbaycan və Əbu-Dabi arasında şəhər nəqliyyatı üzrə əməkdaşlıq müzakirə edildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.

Görüş zamanı Əbu-Dabi və Azərbaycan arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Bakı şəhərində həyata keçirilən nəqliyyatın optimallaşdırılması tədbirləri, yeni elektrikli avtobusların alınması, eləcə də mikromobillik və parklanma infrastrukturunun yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti