...

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları dəniz təhlükəsizliyi üzrə beynəlxalq təlimdə iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2026 12:12 (UTC +04:00)
Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları dəniz təhlükəsizliyi üzrə beynəlxalq təlimdə iştirak ediblər (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) təşkil etdiyi “Dəniz auditorları üçün ümumi əsas tədris proqramı kursu” adlı beynəlxalq təlim proqramında iştirak ediblər.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.

Bildirilir ki, beş gün davam edən təlim proqramı dəniz nəqliyyatı sahəsində audit fəaliyyəti üzrə vahid metodoloji yanaşmanın formalaşdırılması məqsədi daşıyıb.

Beynəlxalq təlim çərçivəsində audit prinsipləri üzrə ISO standartının tətbiqi, təsnifat cəmiyyətlərinin audit mexanizmləri, həmçinin Gəmi və Liman Vasitələrinin Mühafizəsi, Əmniyyətli İdarəetmə haqqında beynəlxalq məcəllələrin tələblərinə uyğun olaraq həyata keçirilən auditlər barədə fikir mübadiləsi aparılıb.

Sonda Agentliyin nümayəndələri proqramı uğurla başa vuraraq sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, təlimdə Agentliyin Təsnifat Cəmiyyətləri ilə iş şöbəsinin müdiri İbrahim Salmanov, Gəmi qeydiyyatı və sənədləri şöbəsinin müdiri Cavidan Qasımlı və Limanlar və dəniz əməliyyatları bazaları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Pərviz Abbasov iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti