...

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi: Partlayış səslərindən narahat olmayın

Cəmiyyət Materials 16 Fevral 2026 09:20 (UTC +04:00)
Müdafiə Nazirliyi əhaliyə müraciət etdi: Partlayış səslərindən narahat olmayın
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində istifadəyə yararsız sursatlar məhv ediləcək.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 16-20 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti