Xocalı. Trend:
Növbəti köç karvanları Xocalı şəhərinə, Xocavənd rayonunun Qırmızı bazar və Hadrut qəsəbələrinə çatıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı şəhərinə 30 ailə olmaqla 149 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə olmaqla 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə isə 20 ailə olmaqla 91 nəfər köçürülüb.
xxx
11:50
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir ki, Xocalı şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı şəhərinə 30 ailə -149 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə - 47 nəfər, Qırmızı Bazar qəsəbəsinə 20 ailə - 91 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xəbər yenilənəcək
