Azərbaycanın Dövlət İdarəetmə Qulluğu yanında korrupsiya ilə mübarizə üzrə Komissiyanın 4-cü iclasının qərarı açıqlanıb. Trend in məlumatına görə, Azərbaycanın Nazirlər Kabinetinə komissiyaya binanın ayrılması və onun maddi-texniki bazasının təmin olunmasına dair məktub göndərilib.
www.commission-anticorruption.gov.az saytında yerləşdirilmiş sənəddə "Dövlət qulluqçuları və vəzifəli şəxslərin işində maraqların toqquşmasının qarşısının alınması haqqında" qanun layihəsinin hazırlanmasına dair işlərin tezləşdirilməsinin vacibliyi vurğulanır.
Ədliyyə sisteminin yyaxşılaşdırılması, məhkəmə instansiyalarının fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun olaraq yeni hakimlərin şəffaf seçkisini keçirmək məqsədilə korrpupsiyaya qarşı komissiya bir sıra təkliflərlə ölkə hökumətinə müraciət olunmasına dair qərar qəbul edilib.
"Respublikada 2005-ci ildə keçiriləcək hakimlərin seçki prosesinə hazırlıqla bağlı maddi-texniki məsələlər həll olunmalıdır. Həmçinin Azərbaycan Məhkəmə-Hüquq Şurasının ehtiyaclarını ödəmək üçün Ehtiyat Fondunun vəsaitlərindən istifadə etmək vacibdir", - deyə sənəddə bildirilir.
Dövlət instansiyalarının fəaliyyətinin şəffaflığının təmin olunması üzrə tədbirlər ayrıca bənd kimi verilir. Bunun üçün Azərbaycanın dövlət təşkilatlarının mətbuat xidmətlərinin işini təkmilləşdirmək lazımdır. Respublika ictimaiyyətinin dövri olaraq məlumatlandırılmasının vacibliyi xüsusilə qeyd olunur.
Komissiyanın qərarı ilə ölkənin qanunvericilik bazasının və analitik-informasiya işlərinin aparılmasının təkmilləşdirilməsi üzrə xüsusi işçi qrupunun tərkibi təsdiq olunub.
Analitik-informasiya işçi qrupuna müxtəlif sahibkarlar assosiasiyaları və qeyri-hökumət təşkilatları cəlb etməklə sahibkarlığı inkişaf etdirmək məqsədilə tədqiqatların aparılmasına xüsusi diqqət ayırmaq tapşırılıb.