...

GƏNCƏ VƏ BALAKƏNDƏ KORRUPSİYA MÖVZUSUNA HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLİB

Cəmiyyət Materials 29 Avqust 2005 17:48 (UTC +04:00)

Korrupsiyaya qarşı mübarizə Fondu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə Gəncə və Balakən şəhərlərində "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun regionlarda icra vəziyyəti və korrupsiyanın səviyyəsi" mövzusuna həsr olunan Dəyirmi Masa keçirib.

Assosiasiyadan Trend ə verilən məlumata görə, Gəncə şəhərində keçirilən tədbirdə ciddi fikir mübadiləsi aparılıb və şəhərdə korrupsiyanın səviyyəsi müzakirə obyekti olub.

Təhsildə, səhiyyədə, dövlət yol polisi orqanlarında rüşvətin səviyyəsinin yüksək olması xüsusi ilə vurğulanıb. Müzakirələrin sonunda ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Koordinasiya Şurasının yaradılması qərara alınıb.

Balakəndə nəzərdə tutulan tədbirə isə rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəmmədəliyevin göstərişi ilə maneçlik törədilməsinə cəhd göstərildiyi bildirilib.

Korrupsiyaya qarşı mübarizə Fondunun İcraçı direktoru Vasif Mövsümovun verdiyi məlumata görə, polis orqanlarının əməkdaşları tədbirin keçiriləcəyi yerin qapısını bağlayaraq Dəyirmi Masaya dəvət olunan rayon ictimaiyyətinin nümayəndələrini ərazidən çıxarmağa məcbur ediblər. Bu maneçiliklərə baxmayaraq tədbir rayon ziyalılarının iştirakı ilə başqa bir yerdə baş tutub.

Tədbirdə ictimaiyyətinin nümayəndələri "rayonda korrupsiya hallarının baş alıb getdiyini dilə gətirərək rüşvətsiz hər hansı bir işin baş tutmadığını dilə gətiriblər. V.Mövsümovun sözlərinə görə, bundan sonra belə tədbirlər Lənkəran və Göyçay şəhərlərində keçirilcək.

Xəbər lenti

Xəbər lenti