...

"Yeni fikir" təşkilatının həbsdə olan rəhbərlərinin apellyasiya şikayəti rədd edilib

Cəmiyyət Materials 12 Yanvar 2006 12:21 (UTC +04:00)

"Yeni fikir" Gənclər təşkilatının sədri Ruslan Bəşirlinin və onun müavini Elmar Rüstəmovun həbs müddətinin uzadılması ilə bağlı Nəsimi rayon məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Bu barədə Trend ə R.Bəşirlinin vəkili Osman Kazımov məlumat verib.

Apellyasiya şikayətinə hakim Qəzənfər Kərimlinin sədrliyilə baxılıb. Ruslan Bəşirlinin məhkəməyə gətirilməsilə bağlı vəkilin qaldırdığı vəsatət rədd edilib. Hakim R.Bəşirli və E.Rüstəmovun həbs müddətinin uzadılması barədə qərarı ləğv etməyib və beləliklə, apellyasiya şikayəti təmin olunmayıb.

Xəbər lenti

Xəbər lenti