Yanvarın 11-də Səhiyyə Nazirliyi "quş qripi" virusunun Azərbaycana keçməsinin qarşısını almaqla əlaqədar profilaktiki və epidemiya əleyhinə tədbirlərə həsr olunan müşavirə keçirilib. Trend in məlumatına görə, bu barədə yanvarın 12-də Nazirliyin yaydığı press-relizdə bildirilir.
Müşavirədə respublikada bu xəstələiyin qarşısının alınması üçün Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya Nazirlikləri tərəfindən iş aparılır və artıq Azərbaycanda "quş qripi"nin mövcud olmadığını göstərən 7 monitorinq keçirildiyi qeyd olunub.
Bununla yanaşı, bu virusun respublikada aşkar olunacağı təqdirdə bütün zəruri vəsaitlər- dezinfeksiyaedici maddələr, müdafiə kostyumları, respiratorlar, əlcəklər və s. mövcuddur. Hazırda respublikada Rusiyadan dezinfeksiya üçün gətirilmiş 9 xüsusi maşın və 200 ədəd səpələyici avadanlıq mövcuddur.
Həmçinin, xəstə quşların yandırılması üçün xüsusi maşında alınıb. Hazırda bu işlərlə məşğul olacaq mütəxəssislər üçün müvafiq treninqlər keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri profilaktik tədbirlər keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikasına (NMR) gediblər. Hər ehtimala qarşı oraya müdafiə kostyumları göndərilib və Türkiyəç və İrandan quş məhsullarının gətirilməsinə qadağa qoyulub.
Məlumatda bildirilir ki, Səhiyyə Nazirliyi tibb işçilərinin zarılanması məqsədilə xüsusi sərəncam hazırlanıb. "Quş qripi" virusunu məhv edən dezinfeksiya preparatlarının ehtiyatı yaradılıb, bu xəstəliyin adamlar arasında qarşısını almaq üçün ən səmərəli preparat olan "Tamiflyu" alınıb.
Hazırda beynəlxalq təşkilatlarla, o cümlədən, ABŞ-ın Müdafiə Departamenti ilə də əlaqə saxlanılır ki, bu günlərdə "quş qripi"nin diaqnostikası üçün zəruri zərdabın alınacağı gözlənilir.
Müşavirədə respublikanın ticarət obyektlərində satılan quş məhsulları üzərində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı sərəncam verilib.