...

Niyaməddin Paşayev Azərbaycan çempionatında iştirak etməyəcək

Cəmiyyət Materials 13 Yanvar 2006 12:44 (UTC +04:00)

Taekvando üzrə ikiqat Avropa çempionu Niyaməddin Paşayev yanvarın 13-də İdman Sarayında start götürəcək Azərbaycan çempionatında çıxış edə bilməyəcək.

Milli yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend ə verdiyi məlumata görə, atletin dizindən aldığı zədə hələ tam sağalmayıb və hazırda reabilitasiyadan keçir. "Zədənin sağalmamasına baxmayaraq, Niyaməddin Riqadakı qitə çempionatında iştirak edib və buna görə də hazırda ona tam sağalmaq zəruridir", -deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, N.Paşayevdən başqa, Azərbaycanın digər taekvando liderləri dayanqa çıxaraq öz bacarıqlarını nümayiş etdirəcəklər. Eləcə də, yarışda Olimpiya iştirakçıları Rəşad Əhmədov, qitə birinciliyinin finalçısı Elnur Amanov, dünya çempionatının bürünc mükafatçıları Təvəkkül Bayramov, Zahid Məmmədov və digər idmançılar iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti