...

Hökumət Bakıda və Abşeron rayonunda məktəblərin inşası proqramının gerçəkləşdirilməsinə təxminən $7 mln. ayıracaq

Cəmiyyət Materials 1 Fevral 2006 19:27 (UTC +04:00)

Azərbaycan hökuməti Bakıda və Abşeron rayonunda məktəblərin inşası Proqramının gerçəkləşdirilməsinə təxminən $7 mln. ayırmaldır. Bu barədə Trend ə AR Təhsil nazirliyində bildirilib.

2006-cı ildə hökumət proqramın gerçəkləşdirilməsinə təxminən $2,2 mln. ayırmalıdır. Bakıda və Abşeronda bu üç illik proqramın gerçəkləşdirilməsi nəticəsində 12 880 yerlik 18 yeni məktəb inha ediləcək. Nazirlikdə qeyd olunub ki, bunlardan 9004 yerlik 10 məktəb Bakıda, 3876 yerlik 8 məktəb isə Abşeronda inşa ediləcək.

Eyni zamanda, Bakıda 39 380 yerlik 65 məktəb üçün əlavə tədris korpuslarının inşası planlaşdırılır. 2006-2008-ci illərdə Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına Bakıda daha 5 məktəbin inşası planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti