...

Təhsil naziri Misir Mərdanov: "Gürcüstanda Azərbaycan dilində təhsil ləğv olunmayıb"

Cəmiyyət Materials 16 Fevral 2006 16:17 (UTC +04:00)

Gürcüstanda Azərbaycan dilində təhsilin ləğv olunması barədə məlumatlar həqiqətdən uzaqdır. Trend in məlumatına görə, Azərbaycanın təhsil naziri Misir Mərdanov ANS-ə açıqlamasında deyib ki, Gürcüstanda yaşayan azərbaycanlıların təhsili ilə bağlı yayılan məlumatların bir çoxu yanlışdır. Mirsir Mərdanov bildirib ki, Gürcüstanın təhsil naziri ilə əlaqə saxlayıb, nazirliklər arasında da münasibətlər davam etdirilir.

"Gürcüstanda yeni təhsil qanunu qəbul olunub və 2010-cu ildə qüvvəyə minəcək. Yeni qanuna görə, Gürcüstanda hansı dildə təlim aparılmasından asılı olmayaraq təhsil alan bütün vətəndaşlar bu ölkənin tarixini, dilini, mədəniyyətini, coğrafiyasını mükəmməl bilməlidir. Bizdə Azərbaycanda da belədir və bu qanunu haqlı sayıram"-deyə Misir Mərdanov vurğulayıb.

Təhsil naziri Gürcüstanda Azərbaycan məktəblərinin birləşməsinə münasibət bildirərkən bunu da doğru addım kimi qiymətləndirib. Onun sözlərinə görə, Gürcüstan hökuməti haqlı olaraq hesab edir ki, 10-20 nəfər şagirddən ibarət olan məktəbləri saxlamaq olmaz.

Xəbər lenti

Xəbər lenti