...

İradə Aşumova Quançjoudakı Dünya Kubokunda Olimpiyadaya vəsiqə almaq uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 28 Mart 2006 10:24 (UTC +04:00)

Azərbaycanın güllə atıcılığı üzrə komandası martın 28-də başlayan Dünya Kubokunun bu ilki ilk turnirinin keçirildiyi Quançjouyo yola düşüb.

Trend ə məlum olduğuna görə. kollektivin tərkibinə Afina Olimpiadasının bürünc mükafatçıları İradə Aşumova və Nigar Bağırova daxildir. Onlar pnevmatik və kiçik kalibrli silahdan atəş açacaqlar. Uğuolu çıxış üçün əlavə stimul yarışın qalibinin Pekində keçiriləcək Olimpiya oyunlarında iştirak etmək üçün vəsiqə ola bilər. Ona görə də təcrübəli İ.Aşumova ilə birgə məşqçi qərargahı N.Bağırovaya da böyük ümidlər bəsləyir. Qeyd edək ki, bu idmançı yaxınlarda Moskvada gənclər arasında Avropa birinciliyinin gümüş medalçısı olub.

Xəbər lenti

Xəbər lenti