Erməni zabiti Qurqen Markaryanın qətlində təqsirli bilinən Ramil Səfərovun işi üzrə prokuror bu gün Budapeştdə keçirilən iclasda ona 30 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini tələb edib. Bu barədə Trend ə vəkil Adil İsmayılov bildirib.
A.İsmayılov qeyd edib ki, Ramil Səfərovun vəkilləri ötən ekspertizaların rəyləri bir-birindən fərqli olduğu üçün daha bir ekspertizanın keçiriliməsi ilə bağlı vəsatət qaldırıb. Amma məhkəməyə sədrlik edən hakim bu vəsatəti qəbul etməyib və bildirib ki, aparılan ekspertizalar əsasında qərar çıxarılacaq.
İclasda hər iki tərəfin vəkilləri çıxış edib. Ramil Səfərova aprelin 13-də keçiriləcək iclasda son söz veriləcək.