...

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması üçün qrant ayırıb

Cəmiyyət Materials 20 Aprel 2006 17:45 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığmasının dünya çempionatına hazırlaşması üçün ölkənin Voleybol Federasiyasına qrant ayırıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə verdiyi məlumata görə, komitə hesab edir ki, Faiq Qarayevin yetirmələri Pekinə vəsiqə uğrunda mübarizə apara bilər. Buna görə də komanda bu maliyyə dəstəyini alıb. 100 000 dollar məbləğində ayrılmış qrant bu mövsüm çoxlu məsuliyyətli yarışlarda iştirak edəcək yığma üçün bir köməkdir. Xüsusilə, kollektiv Qran-Pri turnirinin 3 mərhələsində çıxış edəcək, payızda isə Yaponiya mundialına yola düşəcək.

Xatırladaq ki, voleybolçular bu yaxınlarda məzuniyyətdən qayıdıb və Türkiyədə təlim-məşq toplanışları keçirir.

Xəbər lenti

Xəbər lenti