...

Azərbaycanın boks komandası Minskdə 3 medal qazanıb

Cəmiyyət Materials 12 İyun 2006 15:43 (UTC +04:00)

Azərbaycanın boks komandası Minskdə başa çatmış İdman Sarayı mükafatları uğrunda beynəlxalq turnirdə qızıl, gümüş və bürünc medallar qazanıb.

"Rabitəçi" İdman Cəmiyyətindən Trend ə verilən məlumata görə, Rahib Bəylərov (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dörddə bir finalda o, çox gözəl döyüş texnikası nümayiş etdirərək Dmitri Şərifovu aşkar üstünlüklə məğlub edib. Finalda rinq sahibi Aleksandr Miruka məğlub olmuş 81 kq çəki dərəcəsində bürünc mükafatçı Cəbi Sayılovun da çıxışı ürəkaçan olub. Fərhad Əcəlov (64 kq) isə yarımfinalda Sergey Astafyevə uduzaraq 3-cü yerdə qərarlaşıb.

Qeyd etmək lazımdır ki, bu nüfuzlu turnirdə Moldova, Litva, Finlandiya, Ukrayna və digər ölkələrdən dəri əlcək ustaları iştirak edib.

Xəbər lenti

Xəbər lenti