...

"Sivaspor" İlqar Qurbanovla maraqlanır

Cəmiyyət Materials 13 İyun 2006 18:17 (UTC +04:00)

Azərbaycan yığmasının "Xəzər"də oynayan hücumçusu İlqar Qurbanov yenə də Türkiyədə öz karyerasını davam etdirə bilər.

Trend in verdiyi xəbərə görə, müvafiq təkliflə lənkəranlılara müraciət edən Yuksək liqa nümayəndəsi "Sivaspor" hücumçu ilə maraqlanıb. İlqarı əldə etməklə, komanda iki işi birdən görmək istəyir, çünki hücumçunun Türkiyə pasportu var və o, yeni klubda xarici vətəndaş sayılmayacaq. "Sivaspor"un nümayəndələri son vaxt ərzində İ.Qurbanovu diqqətlə izləyiblər və ona iki illik müqavilə təklif ediblər. İndi hər şey ötən mövsümdə müvəffəqiyyətsizliyə uğramış "Xəzər" klubunun futbolçu barədə hansı qərarı verəcəyindən asılıdır.

Maraqlıdır ki, futbolçu bir zamanlar uğurla "Fənərbahçə"nin ehtiyat heyətində çıxış edib və türk futbolu ilə şəxsən tanışdır.

Xəbər lenti

Xəbər lenti