Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tabeliyində olan 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi İmran Qurbanov işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Bu barədə Trend ə MQİBİ-dən məlumat verilib.
Müəssisəsinin rəhbəri vəzifəsinə isə 16 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəis müavini Məmmədəli Zeynalov təyin edilib.
Qeyd edək ki, 2005-ci ilin fevral ayında 11 saylı cəzaçəkmə müəssisəsində baş vermiş qiyamdan sonra həmin müəssisənin fəaliyyəti MQİBİ-nin daim xüsusi nəzarətində olub. İmran Qurbanov da məhkumların onun fəaliyyəti ilə bağlı şikayətlərindən sonra tutduğu vəzifədən azad edilib.